UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının bu gün onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürüldü.
Adalet.az-ın məlumatına görə, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi 1000 manat, UNEC Həmkarlar ittifaqı Komitəsi 2000 manat həmin fonda ödədi.
Məlumat üçün bildiririk ki, bundan əvvəl UNEC-in rektoru, professor Ədalət Muradov bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmüş və UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünü dəstəkləyərək könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində həmin fonda maliyyə dəstəyi göstərmişdilər. Proses davam edir.
Digər Xəbərlər
27 Aprel 2024 17:44
Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK
26 Aprel 2024 09:35