Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında və hərbi hissələrində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
Adalet.az nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər.
Keçirilən tədbirlər zamanı əhali, xüsusilə gənc nəslin nümayəndələri Mülki müdafiə qoşunlarında olan müasir texnika və avadanlıqlarla tanış olub və onlara fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumatlar verilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 19:13
Pilotun aşkar edilməsi tapşırıqları icra olundu
16 Oktyabr 2026 18:25
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR
16 Oktyabr 2026 18:10
Bu yollarda sıxlıq var - SİYAHI
16 Oktyabr 2026 17:54
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum olunacaq - YENİLƏNİB
16 Oktyabr 2026 17:04
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər
16 Oktyabr 2026 16:41
Bu şəxslərin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılır
16 Oktyabr 2026 16:34
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
16 Oktyabr 2026 12:24


Bakı -°C

