Ümrə ziyarətində olanlar Azərbaycana bazar günü qayıdacaqlar
Hazırda Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olan 26 nəfərlik qrup aprelin 23-ü Azərbaycana qayıdacaq.
Adalet.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrup Ramazan ayının 15-dən, miladi təqvimlə iyunun 10-dan sonra gedəcək: "Ümrə ziyarətinə daha bir qrup Ramazanda, ayın 15-dən sonra gedəcək. Ramazan bayramından sonra Ümrə ziyarəti artıq yekunlaşır. Çünki bundan sonra Həcc ziyarəti üçün hazırlıqlar aparılır”.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayacaq. İyunun 26-da isə Ramazan bayramı qeyd olunacaq.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48