adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 16:17
1906
ELM VƏ TƏHSİL

Ülviyyə Mehralıyevaya vəzifə verildi

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyyə Mehralıyevaya Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) vəzifə verilib.

Adalet.az xəbər verir ki, o, Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Ü.Mehralıyeva 1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.