adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyun 2021 11:15
44943
MƏDƏNİYYƏT

Ülviyyə Heydərova: Vaksin pasportu teatrların qapılarını açmır? 

Operativ Qərargah məscidlərə vaksinasiya pasportu ilə 50-50 gəlməyə imkan verirsə, bəs niyə teatrların qapılarını həmin şərtlərlə açmır? Nədir? Yoxsa teatr məbəd deyil?! Sənət adamları həm xəstəlikdən, həm də evdə oturmaqdan xiffətdən gedirlər. Teatr onlar üçün sadəcə iş yeri deyil, havadır, sudur, enerji mənbəyidir. Qanları orda qaralır, orda dövran edir, ürəkləri orda açılır, orda sıxılır və ən əsası, sənəti yaşadırlar. İki mövsüm teatrın olmaması, mədəniyyət müəssisələrinin dayanması mədəniyyətimizi təkcə iki il deyil, uzun illəri geriyə atacaq.

Hörmətli Operativ Qərargah, mən də bilirəm ki, teatr mövsümü iyun ayının 15-də bitir. Heç olmasa imkan verin, növbəti mövsümdə teatrlar köhnə deyil, yeni tamaşalarla tamaşaçıları sevindirsin. Teatrların əsas qapısını deyil, xidməti qapısını teatr truppasının üzünə açın, məşqlərə imkan yaradın.