adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Aprel 2019 18:23
22410
DÜNYA

UKRAYNADA PREZİDENT SEÇİLDİ

Xalq Zelenskini seçdi

Ukrayna MərkəziSeçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun səslərinihesablayıb. «Exit-poll»un nəticələrinə görə, şoumen Vladimir Zelenski, rəqibi, hazırkidövlət başçısı Pyotr Poroşenkoya qalib gələrək səslərin 73,17% -ni toplayıb.

RİANovosti”nin verdiyi məlumata görə, Zelenskiyə12,8 milyondan artıq, Poroşenkoya isə 4, 3 milyon seçici səs verib. Beləliklə, "Xalqın xidmətçi"siUkraynanın tarixində ən populyar prezident hesab edilib. Ona qədər heç bir prezidentseçicilərin 70% -dən çox səsini qazanmamışdı.Buna görə də Zelenskiseçicilərinə təşəkkür edərək qələbəsinin ölkəni birləşdirdiyini bildirib:

"Hamıya təşəkkür etmək istəyirəmki, bu 4 ayı mənimlə oldunuz. Bugünkü nəticələr mənim yox, sizin işlərinizin bəhrəsidir.Biz birlikdə bunu etdik. Ən əsası, biz Ukraynanı, həyatımızı, xalqımızı birləşdirdik”.

Poroşenko artıqməğlubiyyətini etiraf edib və telefon vasitəsilə Zelenskiniqələbə münasibətilə təbrik edərək ehtiyac duyarsa, ona hər cür kömək və məsləhətlərinitəklif edib.

Zelenski qələbə münasibətilə onu təbrik edən Poroşenkoya təşəkkürünübildirib. Onun sözlərinə görə, Poroşenko yeni prezidentə istənilən zaman köməkedə biləcəyini bildirib. "Niyə də olmasın. Lazım gəlsə, məsləhət üçünPoroşenkoya müraciət edəcəm. Əgərcəmiyyət Poroşenkonu bir nazir olaraq görmək istəsə, mən onu nazir postuna dəvət etməyə hazıram».

Artıq gələcək prezidentgörəcəyi "bir nömrəli iş”ın Rusiyada həbs ediləndənizçilərin Ukraynaya qaytarılması olacağını bəyan edib. Bundan başqa, o,prezident administrasiyanın işçilərini ixtisara salacağını deyib.Bundan başqa, o, Donbassda münaqişənin bitməsinəyönəldilmiş "güclü informasiya müharibəsi"ni başlamağa söz verib.

Hələ aprelin əvvəlində Zelenski Donbasdakı münaqişəni bitirməküçün Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyə hazır olduğunu söyləmişdi.Onun sözlərinə görə, nəticə əldə etmək üçün Minsk formatını dəyişdirmək vəMoskvanı danışıqlara cəlb etmək lazımdır. Eyni zamanda, o, ərazi məsələsində güzəştəgetməyəcəyini və Ukraynanın bütövlüyünü tələb edəcəklərini vurğulayıb.Zelenskinin Donbasdakı müharibəni sona çatdırmaqüçün öz planı var. Bunlardan birincisi atəşkəs və Ukraynanın bölgədəki sakinlərinəsosial ödənişlərin bərpa olunmasıdır.

Zelenskinin qərargahındadövlət qurumlarının və ideologiyasının formalaşdırılmasından məsul olan RuslanStefançukun fikrincə, o, Moskva ilə münasibətlərədiqqət yetirməyi planlaşdırır. "Düşünürəm ki, Rusiya ilə əlaqələr istiqamətimizbizim üçün prioritet olacaq".

Onu da qeyd edək ki, seçilmiş prezidentin andiçmə mərasimimayın 31-dən gec olmayaraq baş tutmalıdır.

Mehriban CƏFƏROVA