Ukraynada azərbaycanlı tələbə döyüldü
Ukraynanın Sumı şəhərində azərbaycanlı tələbə döyülüb.
Adalet.az xəbər verir ki, Sumı vilayəti Azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova bildirib ki, Sumı Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Kürdəmir rayonunda anadan olmuş Azərbaycan vətəndaşıQuliyev Tural Hətəmxanoğlu 15-20 nəfərin hücumuna məruz qalıb.
Hadisə universitetin yataqxanası qarşısında baş verib. Türkmənlərdən ibarət 15-20 nəfərlik dəstənin üzvləri sərxoş halda yataqxananın yaşlı komendantına sataşıblar. Yaxınlıqda olan T.Quliyev onları sakitliyə dəvət edərkən hücuma məruz qalıb, dəmir alətlərlə döyülüb. Onun öldüyünü zənn edən dəstə üzvləri hadisə yerindən qaçıblar.
Xəstəxanaya çatdırılan T.Quliyevin başından müxtəlif xəsarətlər və ağır kontuziya aldığı, özünü idarəetmə imkanlarının məhdudlaşdığı məlum olub.
M.Salmanova bildirib ki, T.Quliyev Azərbaycana gətirilib, müalicəsi üçün xeyli vəsait lazımdır. O, hadisə barədə polisə müraciət etdiklərini də bildirib:
"Hadisəni törədənlərdən birini saxlasalar da, sonradan buraxdılar. Bundan sonra dəfələrlə etdiyimiz şikayətlərimizə da baxmayıblar, heç bir tədbir görülməyib”.
Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonundan olan tələbə Məhəmməd Səfərəliyev iki gün əvvəl Ukraynada bıçaqlanaraq öldürülüb.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29