adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Aprel 2024 23:52
496
DÜNYA

“Ukrayna yeni əks-hücum üçün plan hazırlayıb” - Zelenski

Ukrayna Rusiyaya qarşı yeni əks-hücum planı hazırlayıb.

Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.

    “Bəli, əks-hücum planımız var. Biz mütləq qalib gələcəyik. Bizim alternativimiz yoxdur. Amma buna söz verib tarix açıqlaya bilmərəm”, - ölkə lideri vurğulayıb.

    Onun sözlərinə görə, Bunun üçün Ukrayna Silahlı Qüvvələrinə ABŞ-dən və digər ölkələrdən silah lazımdır.