Ukrayna universitetində Azərbaycan multikulturalizmi müzakirə edilib - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir: Azərbaycanda etnik və dini müxtəliflik” mövzusunda dəyirmi masa keçirilib. Dnepr şəhərindəki “Dnepr politexniki” Milli Texniki Universitetində baş tutan tədbirdə universitetinin tələbə və müəllimləri, habelə Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə universitetin Ukrayna-Azərbaycan mədəniyyət və biznes mərkəzinin direktoru, filologiya elmləri namizədi, dosent Gennadi Onişenko açıb. O çıxışında tələbələrin Azərbaycan multikulturalizm modelinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə marağını, eləcə də universitetin azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk tələbələrə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm konsepsiyası, eləcə də həyata keçirilən layihələr, beynəlxalq multikulturalizm məktəbləri haqqında məlumat verib. Marina Qonçarukun sözlərinə görə, BBMM ukraynalı gənclər üçün yeni imkanların yaradılmasına böyük diqqət yetirir. Bunun sayəsində tələbələr dünya multikulturalizminin unikal mərkəzlərindən biri kimi Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanı qazanırlar.
Dnepr Vilayəti Azərbaycanlıları Konqresinin rəhbəri Nəcəf Əhmədov çıxışında gənclərlə bağlı layihələrdən və Konqresin fəaliyyətindən, Ukrayna-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi keçirilən tədbirlərdən söz açıb.
Dəyirmi masada çıxış edən Dnepr Milli Texniki Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Marina Paşkeviç tələbələrin Azərbaycan mövzuları üzrə gənclər arasında keçirilən müsabiqələrdə fəal iştirakından, onların Azərbaycan və Ukrayna-Azərbaycan münasibətləri haqqında biliklərini dərinləşdirmək istəyindən, həmçinin Bakıda keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinə marağından danışıb.
Tədbirin sonunda tələbələrin Azərbaycan multikulturalizmi və BBMM-in layihələri ilə bağlı sualları cavablandırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk universitetin kitabxanasına Mərkəzin xarici dillərdə nəşr etdiyi kitabları hədiyyə edib.
Digər Xəbərlər
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 14:20 Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 

Bakı -°C 











