Ukrayna MDB-dən çıxır
Ukrayna Ali Radasında ölkənin Müstəqil Dövlətlər Birliyi Təşkilatıının (MDB) bütün struktur və orqanlarında fəaliyyətinin dayandırılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.
Bu barədə Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir.
Qanun layihəsinin 10 müəllifi var: "Batkivşina” partiyasından Yuliya Timoşenko, Boris tarasyuk, İvan Krulko, İqor Jdanov, Alena Şkurum, Andrey Kojemyakin, Serqey Evtuşok, "Pyotr Poroşenko bloku”ndan Ukrayna prezidentinin Krım-tatar xalqı üzrə nümayəndəsi Mustafa Cəmilyev, Valiriy Paçkan, "Xalq Cəbhəsi” partiyasından isə Vyeçeslav Kirilenko.
Qanun layihəsinin mətni hələ ki açıqlanmır.
Qeyd edək ki, Ukraynanın MDB-yə üzvlüyünün dayandırılması məsələsi son aylar ərzində aktiv şəkildə müzakirə olunur. Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 10-u MDB hökumət başçılarının Belarusun paytaxtı Minskdə keçirilən iclasında da iştirak etməyib. Sammitdə Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil edib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29