adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Aprel 2018 15:52
12793
DÜNYA

Ukrayna MDB-dən çıxır

Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşmağa hazırlaşır.

Adalet.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentiPyotr Poroşenko hökumətə tapşırıb ki, ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq təkliflər hazırlasın.

"Ukraynanın heç vaxt, elə indi dəMDBüzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdəMDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq.MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, - deyə P. Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib.

P. Poroşenko yaxın vaxtlarda Rusiya ilə 1997-ci ildə imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin bəzi müddəalarının birtərəfli qaydada ləğvi barədə Ali Radaya qanun layihəsi təqdim edəcəyini də açıqlayıb. Eyni zamanda, o qeyd edib ki, müqaviləni tam ləğv etmək olmaz, çünki orada Ukraynanın xeyrinə müddəalar var. Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi barədə müddəalardan gedir.

Qeyd edək ki, UkraynaMDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.