Ukrayna Azərbaycana təşəkkür etdi
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana enerji yardımı üçün təşəkkür edib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
“Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır. Ukrayna evlərinə istilik və işıq gətirməyə kömək edən yeni enerji yardımı elan edən ölkələrə təşəkkür edirik. Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27.000 metr kabel göndərib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırması gözlənilir.
“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir. Bu o deməkdir ki, biz Rusiyanın terrorunu məğlub edəcəyik”, - Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa vurğulayıb./APA
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

