Ukrayna Ali Məhkəməsi Saakaşvilinin şikayətinə baxır
Bu dəqiqələrdə Ukrayna Ali Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı iddia ərizəsi üzrə işə yenidən baxır.
Adalet.az xəbər verir ki, Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasına dair Poroşenkonun verdiyi fərmanın qanunsuz olduğunu və ləğv edilməsini tələb edir. Budəfəki məhkəmə prosesində Saakaşvilinin şikayət ərizəsinə əsasən, şahidlər yenidən dindirilir.
Onların sırasında Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəisi Maksim Sokolyuk da var. Lakin məhkəmə Ukrayna prezidenti yanında Vətəndaşlıq üzrə komissiyanın üzvlərini dindirməkdən imtina edib. Məhkəmə əsas iştirakçıların – ittihamçı Saakaşvili ilə müdafiəçi Poroşenkonun da ifadələrini almaqdan imtina edib.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Poroşenko vətəndaşlıq üçün müraciət edərkən saxta məlumat və sənədlər təqdim etdiyinə görə, Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Nəticədə Saakaşvili Ukraynadan Polşaya readmissiya olunub. Hazırda isə o, Hollandiyadan siyasi sığınacaq alaraq orada yaşayır.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29