UEFA reytinqi: "Qarabağ" Azərbaycanın əmsalını daha da artırıb

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
Adalet.az xəbər verir ki, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).
Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.
Digər Xəbərlər

Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq

Qurban Qurbanovdan Mourinyoya cavab

PSJ "Barselona"nı məğlub etdi - VİDEO

"Qarabağ" daha bir tarix yazdı: "Kopenhagen"də məğlub edildi - YENİLƏNİB

"Qarabağ" və "Kopenhagen" komandalarının heyətləri açıqlanıb

Azərbaycanın 24 boksçusu yarımfinalda mübarizə aparacaq

Azərbaycan atıcıları MDB Oyunlarını 9 medalla başa vurdular
