UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırdı
UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.
Adalet.az xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.
Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budyo Qlimt"in qonağı olacaq.
Digər Xəbərlər
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21
"Millidən elə bu gün getməyə hazıram" - Ronaldo
23 Sentyabr 2026 19:41


Bakı -°C

