UEFA Polşa çempionunu cəzalandırdı
UEFA Polşanın "Lex" klubunu cəzalandırıb.
Qol.Az-ın verdiyi məlumata görə, buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Saraevo" (Bosniya və Hersoqovina) ilə görüşdə polşalı azarkeşlərin irqçi pankartlar açması səbəb olub.
Azarkeşlərin bu davranışına görə UEFA tərəfindən cəzalandırılan Polşa çempionu avrokuboklarda bir ev matçını boş tribunalar qarşısında keçirməli olacaq. Üstəlik kluba 50 min avro cərimə də kəsilib.
Qeyd edək ki, "Lex" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Bazel"ə 1:3 hesabı ilə uduzub. Polşa təmsilçisi "Bazel" səddini keçəcəyi təqdirdə pley-off mərhələsində ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00