adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2019 13:00
88723
MÜSAHİBƏ

Üç müharibə iştirakçısı olan general-mayor

Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən ictimai təşkilatlar vədövlət orqanlarının ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi vəmilli mənlik şüurunun inkişafı istiqamətində apardığı maarifləndirmə işlərigənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Məhz bu səbəbdən də qədim və zəngin tarixə malik Azərbaycanxalqının hərb tariximizdə olan şəxsiyyətlərinin tanıdılmasına çox böyük ehtiyacduyulur.

Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzindəRusiya çarlığı azərbaycanlıları hərb sənətinin incəliklərinə yiyələnməkdən uzaqtutmuş, xalqımızın nümayəndələri demək olar ki, hərbi xidmətdən məhrumedilmişdilər. Yəni müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cürvergilər ödəyiblər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindənayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlərvə bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyətiyaranmışdı ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələrigöstəriblər.

Bu yazımızda haqqında söhbət açacağımız şəxsməhz hərb sənəti tariximizdə izlər qoymuş, üç müharibə görmüş general-mayorTərlan bəy Əliyarbəyov da belə yüksək sərkərdəlik nümunəsi göstərmişazərbaycanlılardandır. Azərbaycanın görkəmli sərkərdələrindən olan - "həyatını,sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək” devizi iləyaşamış general-mayor Tərlan bəy Əliyarbəyov Azərbaycan tarixinə iki cahanmüharibəsində iştirakçısı olmuş, Azərbaycan Milli Ordusunun təşkilində yaxındanfəaliyyət göstərmiş görkəmli sərkərdə kimi daxil olmuşdur.
Müsahibimiz görkəmli sərkərdəmizin nəvəsiAygün Əliyarbəyovailəsöhbətimizdə gənclərimiz üçün örnək olacaq belə bir fəxrli azərbaycanlınınhəyat yolu və onunla bağlı xatirələri qələmə almışıq. Öncə onu vurğulayaq ki,Aygün Əliyarbəyova Azərbaycan Tibb Universitetində Histologiya, embriologiya vəsitologiya kafedrasının tədris hissə müdiridir, tibb üzrə fəlsəfə doktorudur.

-Aygün xanım, öncə oxucularımıza babanız haqqında ətraflı məlumatverərdiniz.

-Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın 28-də füsunkar təbiətli Şamaxışəhərinin Ağsu kəndində zadəgan ailəsində anadan olub. Uşaqlıq illəriniŞamaxıda keçirən Tərlan bəy yaşadığı torpağın çörəyini yemiş, suyunu içmiş,havasını udmuşdur. Beləliklə, onun xarakter və iradəsinin formalaşmasında doğmaocağın, təbii iqlim şəraitinin xüsusi rolu olub. Müdriklər demişkən, "su özkeyfiyyətini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və piscəhətlərini doğulduğu diyardan götürür”. Tərlan bəy 1908-ci ildə Şamaxıdakıaltıillik şəhər məktəbini bitirib və ordu sıralarına könüllü olaraq piyada kimiyollanıb. Ordu sıralarından qayıdan 18 yaşlı Tərlan bəy 1910-cu ildə atasıAbdulla bəyi itirsə də, təmkinliyini pozmayaraq bütün ailənin yükünü öz üzərinəgötürüb. Qardaşları və bacısına "Ata”, anasına "Arxa, dayaq” olub. Sonralaratasının ölümünü ilk aldığı yara -"Ata yarası” kimi xatırlayan Tərlan bəyVətənə xidmət edib, hərbçi olmaq arzusu ilə 1911-ci ildə 3-cü Qafqaz piyadaalayının əlaçı əsgəri olub. Daha sonra T.Əliyarbəyovu Tiflisdəki Mixaylovskhərbi piyada məktəbinə oxumağa göndəriblər. 4 illik təhsili zamanı birincilərsırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbibirinci dərəcəli diplomla bitirərək, həmyaşıd və həmkarlarından mərdliyi,alicənablığı, humanistliyi, xeyirxahlığı ilə fərqlənib. Beləliklə, podporuçikTərlan bəy Əliyarbəyov ilk hərbi vəzifə xidmətinə Şamaxıdakı 205-ci piyadaalayında başlayıb.
1914-cü ilin yayında başlayan Birinci Dünya müharibəsi zamanı Əliyarbəyovunxidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilib. Elə bu vaxtdan etibarəngənc zabit olan babamın çətin sınaq günləri başlanıb. Gününün çox vaxtınıod-alov yağan səngərlərdə əsgərlərin yanında keçirən Tərlan bəy komandirinverdiyi tapşırıqları can-başla yerinə yetirir, hər döyüşdən qələbə ilə çıxaraqhəmkarlarının sevimlisi olurmuş. Onu rota komandirindən batalyon komandiri kimiməsul vəzifəyə təyin ediblər. Batalyonunu qələbədən-qələbəyə aparanştabs-kapitan Əliyarbəyovun igidliyi bütün Qərb cəbhəsinə yayılaraq, dillərədastan olub.

-Bildiyim qədəri ilə onun əfsanəvi general Əliağa Şıxlinski ilə dəyolları qovuşub...

-Haqlısınız. Şücaətlə vuruşan Əliyarbəyov həmin illərdə üç dəfə yaralanıb da...Belə ki, 1916-cı ildə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ilkdəfə Tərlan Əliyarbəyovun general Əliağa Şıxlinski ilə görüşləri olur. Maraqüçün onların arasında olan dialoqu da diqqətinizə çatdıra bilərəm. 10-cuordunun komandanı general Əliağa Şıxlinski hərbçi qaydası ilə onu başdan-ayağasüzüb deyibmiş ki: "Səsini-sorağını eşitmişəm, eloğlu, əsl igid kimivuruşursan”. Hətta əlini onun çiyninə qoyub - "Böyük şair Puşkin vaxtilə Şamaxıgözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanınınqəhrəmanlığını qələmə alsın”-deyib. Sonra maraq dolu baxışlarını Tərlanazilləyib: - Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? - Tiflisdəkihərbi gimnaziyanı... General Şıxlinski sevinclə: - Hə, demək ikimiz də biryuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda sevindirdin məni, oğul.Babam bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilməyib, həmişə fəxr vəqürurla xatırlayırmış.
1916-cı ilin yayında alayı ilə məşhur Brusilov hücumunda iştirak edənƏliyarbəyov qızğın döyüşlərdə yenidən sinəsindən ağır yaralanıb. Həkimlər onuntam sağalacağına əmin olmasalar da, bir müddət Brest hərbi hospitalında müalicəolunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndəriblər.Yarasının ağırlığına, həmçinin müharibə qanunları ilə yaşayan Bakıda lazımidava-dərmanların çətinliklə tapılmasına baxmayaraq Vətənə və sənətinə olansevgisi Əliyarbəyovu məğrurcasına ayağa qaldırır və yenidən hərbi xidmətinidavam etdirib. Artıq müharibə qurtardıqdan sonra T.Əliyarbəyov Rotmisterrütbəsində təxris olunur, onun sinəsini üçüncü dərəcəli "Müqəddəs Stanislav” vəüzərində "İgidliyə görə” yazılmış dördüncü dərəcəli "Müqəddəs Anna” ordenləribəzəyib.

-Bəs onun AXC ordusunda olan xidmətləri barədə nələri bilirsiniz?

-1918-ci ilin avqustunda o vaxtı Müsavat ordusu adlanan orduya çağırılan Tərlanbəy Əliyarbəyov 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyinedilib. O, yeni qurulan orduda gündüz vaxtı çıraqla axtarılan bir peşəkar idi.Onu artıq tanıyan general Əliağa Şıxlinski T.Əliyarbəyovu batalyon komandirivəzifəsinə təyin eləyib. Onun alayı ölkədə sabitliyi bərpa etməklə, döyüşhazırlığını artırmaqla məşğul olurmuş. 1919-cu ilin yayında Rusiyanınağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsiyarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusardayerləşdirilib. Tərlan bəy Əliyarbəyov tabeliyində olanları qələbə ruhundatərbiyə edirmiş, öz silahdaşları ilə yorğunluq, yuxusuzluq bilmədən Azərbaycanərazilərində soyqırımı törədən daşnak dəstələrinə qarşı vuruşurmuşlar. Belə ki,Tərlan bəy Qarabağda erməni daşnaklarına qarşı bir sıra döyüşlərdə fərqlənib,torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə müstəsna xidmətləri olub. O,bütün şüurlu həyatını Azərbaycanda hərbi quruculuq işlərinə həsr edib.
İyirminci ilin baharında rotmistr Tərlan bəy Əliyarbəyov Bakı Hərbi İdarərəisinin müavini və alay komandiri vəzifəsini icra edirdi. 1920-ci ilin yazındaSovet Rusiyası qoşunları Azərbaycana daxil olanda Sovet hakimiyyəti hərbikadrlara olan tələbatı nəzərə alaraq Tərlan bəy Əliyarbəyovu digər azərbaycanlızabitlər kimi yeni yaradılan Azərbaycan Qızıl Ordusu sıralarına daxil ediblər.Tərlan bəy haqqında bolşeviklərin verdiyi əmrlərin birində yazılıb:
"Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Dəniz Xalq Komissarlığının1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmri: "Mənə etibar olunmuşKomissarlığın qərargah rəisi yoldaş Tərlan Əliyarbəyov Azərbaycanda Sovethakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəliolması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletarhakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş vəAzərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə vəqayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütünrespublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir. Hazırda Hərbi DənizXalq Komisarlığı qərargahı ləğv edildiyi üçün Əliyarbəyov yoldaşı AzərbaycanSSR Hərbi Komisarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun özbiliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işihəmişə yüksək səviyyədə olacaqdır. Təxminən üç il müddətində hərbi idarədəbirgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyükzəhmət və enerji sərf etdiyinə görə Tərlan Əliyarbəyova rəhbərlik adındantəşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın. HərbiDəniz Xalq Komisarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvüƏliheydər Qarayev. Qərargah rəisi əvəzi Məğrubov”.
Arxivdən əldə edilən bu əmrdən artıq hər şey aydındır. Məlumdur ki, bolşeviklərqara qaşa, qara gözə aşiq olan deyildilər. Bilirdilər ki, Tərlan bəy onlara nəcür faydalar verəcək. Bu ehtimalları da düz çıxdı. Onun savadının, biliyinin,əsgər və kiçik zabitlərlə rəftarını yaxşı bilən o vaxt qərargah rəisivəzifəsini icra edən Qambay Vəzirov 1927-ci ildə onu Moskvaya təhsiliniartırmağa göndərib. 1927-ci ildə Frunze adına hərbi akademiyada ali komandaheyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Tərlan Əliyarbəyov özistedadını milli hərbi kadrların yetişdirilməsinə sərf edib.
Digər xatirələri də bölüşə bilərəm. Məsələn, Azərbaycan diviziyasının komandiriCəmşid xan Naxçıvanski və hərbi komisar Hüseyn Rəhmanov ona verdikləriatestasiyada yazırmışlar: "Ali komanda heyəti kursunu bitirən Tərlan bəyƏliyarbəyov biliyi və bacarığı ilə diviziyanın hərbi məşq və manevrlərindəyüksək komandirlik məharəti ilə iştirak edir".
Həmçinin pedaqoji keyfiyyətləri ilə seçilən Tərlan bəy Əliyarbəyova AzərbaycanNeft İnstitutunda (indiki Neft Akademiyası) tələbələri hərbi işə hazırlamaqtapşırılmış və o bu işi can-başla yerinə yetirib.
1934-cü ildə Zaqafqaziya hərbi dairəsindən ali məktəblərdə hərbi dərslərinsəviyyəsini yoxlamağa gələn polkovnik Slujekov Azərbaycan Kənd Təsərrüfatıİnstitutunun hərbi rəhbəri Tərlan bəy Əliyarbəyova verdiyi xarakteristikasındayazırdı: "Ali məktəblər üçün çox qiymətli hərbi pedaqoqdur. Yaxşıtəşkilatçıdır. Rus və Azərbaycan dillərində aydın və səlis danışıqqabiliyyətinə malikdir. Tərlan bəy məhz ali məktəblər üçün istedadlımütəxəssisdir”.

-Doğrudanda keşməkeşli həyat yolu olan babanızın hərbi bilikləri yüksək səviyyədə olub. Əks-təqdirdə onu bir müsəlman, azərbaycanlı kimi ordu sıralarındayüksək pillələrə cəlb etməzdilər.

- Nəinki cəlb etməzdilər, sürgünə də göndərərdilər. Amma qarşıda hələ onu dünyatarixinin qanlı səhifəsi olan Böyük Vətən müharibəsi dediyimiz ikinci cahansavaşı gözləyirmiş. Bu söhbətimizə qədər artıq babamın iki müharibədə şərəfləiştirak etməsi haqqında söz açmışdıq. 1937-ci ilin təlatümlü hadisələribaşlayanda Əliyarbəyovun da başının üstünü qara buludlar alıb, o,vəzifədən-vəzifəyə köçürülüb. Təbii k, zadəgan ailəsinə mənsub olması ona"xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya-M.V.Frunze adına Ali Hərbi Akademiyaya göndərilməsi amili də onu yerlicəlladların əlindən xilas edib. 1941-ci ildə Tərlan bəy akademiyanı bitirəndəartıq müharibə başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbivəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət millidiviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçünazərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. Hökumət rəhbərliyitərəfindən Tərlan bəyə yaxşı mütəxəssis olduğu üçün 416-cı diviziyayazabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət, bir sözlə komandanlıqtapşırılıb. Artıq polkovnik rütbəsində olan T. Əliyarbəyov 416-cı milliAzərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiritəyin edilib. Bildiyiniz kimi, 416-cı atıcı diviziya müharibədə çox fəaliştirak edib. Məharətlə idarə olunan diviziya faşistlərin müdafiə xəttiniasanlıqla yarırmış, bir sıra mühüm əhəmiyyətli yaşayış məntəqələrini azadedirmiş. Xalqımızın igid oğullarından ibarət olan bu diviziya inamla vuruşaraqasanlıqla düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini məhv edirmiş. Hücumlarımüvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan Əliyarbəyov həmişə ön cəbhədəolur, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradırmış. 44-cü ordunun tərkibindəyerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350 kilometrlik döyüşyolu keçərək, onlarla şəhər və kəndi düşməndən azad edib. Dəfələrlə ordukomandanlığının təşəkkürünə layiq görülüb. Taqanroq şəhərinin düşməndən azadedilməsində böyük qəhrəmanlıq göstərdiyi üçün bu qələbəyə görə ona"Taqanroq diviziyası" fəxri adı verilib. Bir sıra mühüm döyüşlərdəuğurla iştirak edən bu diviziya həmçinin Berlinə ilk dəfə daxil olan hərbihissələr içərisində də olub. Onun komandiri olduğu məhz 416-cı diviziyanın1054-cü alayı 1945-ci ilin martında "Qırmızı bayraq" ordeni, 1368-ci alayı-"Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "AleksandrNevski" ordeni ilə təltif edilib. Diviziya həm də cəbhələrdə vuruşan milliAzərbaycan diviziyaları üçün zabit və əsgər kadrlarını hazırlayıb. Tərlan bəyinyetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirmiş. Onlar özsərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlan bəyə təşəkkürlərinibildirirmişlər. 416-cı diviziyadakı fəaliyyəti o qədər gözəl idi ki, 402-cidiviziyadakı nisbətən boşluq, zəifliyi nəzərə alaraq Qafqaz cəbhəsininkomandanının əmri ilə Tərlan bəy Əliyarbəyovu 402-ci milli atıcı diviziyayakomandir təyin edirlər. Onun komandanlığı ilə demək olar ki, Ukraynada 300 kmolan məsafə almanlardan xilas olunub. Bütün bu xidmətlər nəzərə alınaraq onadəfələrlə təşəkkür edilib.
Sonralar 58-ci korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan babamözünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib, xidmət etdiyihərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. Peşəkar hərbçi, igidgeneral Tərlan bəy Əliyarbəyov hərb işinin yenilikləri ilə daim maraqlanıb,yeni-yeni hərbi fəndlər təklif edirmiş. Onların bəziləri elə cəbhədəcə tətbiqolunub. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malikolub. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun hərbi xidmətlərini yüksəkqiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayorrütbəsini verib.

-Hərb yolu haqqında çox geniş və əhatəli məlumatlar verdiniz. Bəsbaşqa ictimai-siyasi fəallığı olubmu?

-Tərlan bəy Əliyarbəyov 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyəKomitəsinin üzvlüyünə namizəd seçilib, Azərbaycan SSR Ali Sovetinin 2-ciçağırış deputatı da olub. 1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirininmüdafiə işləri üzrə müavini olub, 1948 -ci ildə istefaya çıxıb. 1956-cı ilfevral ayının 15-də general Tərlan bəy Əliyarbəyov 63 yaşında Bakı şəhərindəvəfat edib. Amma bu gün onun təltifləri barədə də geniş danışılmasını istərdim.Xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilib. Müharibənin ağır sınaqlarındahəqiqi sərkərdə şöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini ÇarRusiyasının "Müqəddəs Georgi" ordeninin 4 dərəcəsinə və"Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqınınLenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallarbəzəyirmiş. Qeyd edim ki, 1769-cu ildə Rusiya imperatoru II Yekaterinatərəfindən təsis olunmuş "Müqəddəs Georgi" ordeni Rus imperiyasınınsüqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırmış. "Əla xidmət vəcəsurluğa görə" devizini daşıyan "Müqəddəs Georgi" ordeninəyalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıqgöstərən" hərbi qulluqçular layiq görülürdülər. Bu orden 4 azərbaycanlıyatəqdim edilib: Fərrux Ağa Qayıbov, Tərlan bəy Əliyarbəyov, Teymur Ağa Novruzov,Qalib bəy Vəkilov.

-Son olaraq babanızla, onun övladlarına, nəsil şəcərəsinə qoyubgetdiyi örnək xatirələrlə bağlı nələri deyərdiniz.

-Bu gün də bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olangeneral Tərlan Əliyarbəyovun adı fəxrlə yada salınır. Belə ki, BakıdaFəvvarələr meydanından başlayan və Neftçilər prospektində başa çatan küçə,Şamaxıda əsas küçələrə onun adı verilib, Şamaxı Tarix Diyarşünaslıq Muzeyindəgeneralın ayrıca guşəsi yaradılıb: ona aid olan əşyalar, geyim dəstləri, silahı,təltif olunduğu medalları burada saxlanılır.
Hər il 9 May Qələbə günü bizim üçün çox fərqli olub, Tərlan bəy Əliyarbəyovhaqqında danışılan verilişləri, çəkilən filmləri sevərək, qürurlanaraq seyredir və bizdən sonrakı nəslimizin yeniyetmə və cavanlarına örnək kimikökümüzün, babasının həyat yolunu təqdim edirik. Sağlam və yaraşıqlı,şəxsiyyətinə qibtə edilən general-mayor Tərlan bəy Əliyarbəyov ona bəxş olanhəyatını başı uca yaşamış, Vətənə son nəfəsinə qədər sədaqətlə və namuslaxidmət etmiş, nəsil kökü üçün təmiz ad və soyad qoyub. Bu soyadı daşıyan bütünƏliyarbəyovlar onun ruhu qarşısında baş əyir, Vətən uğrunda qanı və canıylamərdlik, şücaət, sədaqət göstərən babanın övladları olduğumuzu unutmuruq.Bioloji və ictimai varlıq kimi insanlara, iradəsindən asılı olmayaraq, bir ömürpayı ayrılıb. Hamı ömrünü yaşayır, sonra isə bu işıqlı dünyanı əbədi olaraqtərk edir. Vəzifə, peşə, məşğuliyyət və sənətindən asılı olmayaraq xoşbəxt oinsanlardır ki, onlar Vətəninə, xalqına, millətinə, dövlətinə namusla xidmətedir, el obanın hörmət və məhəbbətini qazanır, insani keyfiyyətləri və sədaqətiilə xatirələrdən, yaddaşlardan, ürəklərdən heç vaxt silinmir. Tərlan bəyƏliyarbəyov bütün nəslin işıqlı yol göstərən mayakı oldu. Biz onun nəvələri,nəticələri, kötücələri həmişə bu familiyanı alnı açıq, üzü ağ daşıyaraq özkökümüzlə fəxr etmiş, qürur duymuşuq. Son olaraq qeyd edim ki, əvvəllər MilliAzərbaycan Tarix Muzeyində babamla bağlı ayrıca guşə və yaşadığı binadabarelyefi olub. Təəssüf ki, hər ikisi artıq götürülüb... Çox istərdik ki,aidiyyatı qurumlar yenidən bu məsələni diqqətdə saxlasınlar və hər iki xatirəbərpa olunsun. Həmçinin çox istərdik ki, onun qəbri Fəxri xiyabana köçürülsün.Çünki o vaxtı Tərlan Əliyarbəyovun dəfn mərasimini təşkil edən qardaşı,övladları, qardaşı uşaqları sadəlik və təvazökarlıq göstərərək onun Fəxrixiyabanda dəfn olunmasını istəməmişdilər. Bu gün belə bir fəxrli, dünya hərbtarixində izi olan birinin Fəxri xiyabanda olması arzuolunandır...

Tural Tağıyev