adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2025 10:27
856
KRİMİNAL
A- A+

Ucarda məktəbli sinif yoldaşını bıçaqladı

Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.

Adalet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 16 yaşlı M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.