“Twitter”dən xəbərdarlıq - Parolları dəyişin
"Twitter"in parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən "Twitter" bütün istifadəçilərini sistemə giriş üçün parolları dəyişdirməyə səsləyib.
Adalet.az ICTnews-a istinadən xəbər verir ki, "Twitter"də öz hesabınız üçün parol yaradarkən şirkətimiz tərəfindən istifadə edilən texnologiyalar parolları elə maskalayır ki, şirkətin əməkdaşları onları görə bilməsinlər.
"Bu yaxınlarda məlum olub ki, parollar daxili jurnalda maskalanmamış şəkildə saxlanılıb. Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb", - deyə şirkətin bəyanatda bildirilib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sonunda "Twitter" servisində 330 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.
Digər Xəbərlər
26 Aprel 2024 15:45
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
25 Aprel 2024 17:44"Bakcell" ilə innovasiya dövrü başlayır - FOTO
25 Aprel 2024 17:38"Bakcell" Şuşada mağaza açacaq
23 Aprel 2024 19:13“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15