adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Noyabr 2017 13:34
24679
MƏMLƏKƏT

TÜSTÜ-BACALAR TƏMİZLƏNMƏSƏ…

Bu gün ölkəmizdəqazla işləyən müxtəlif sobalardan əhali daha geniş istifadə edir. Düzdür, əvvəllərməmləkətimizdə kömür, odun sobalarından kifayət qədər insanlar yararlanırdı. Bugün isə həyat tamamilə başqa bir axarda davam eləyir. Yəni təbii qazla işləyən sobalar məmləkətimizin ticarətmərkəzlərində və mağazalarında istənilən qədərdir. Aydındır ki, buna da əhalinin böyük bir hissəsi maraq göstərir.

Amma gəlin onunlarazılaşaq ki, qazla işləyən sobalar evi nə qədər yaxşı istidir, qızdırırsa, onunbir o qədər də təhlükəsi var. Əlbəttə, bir qədər ehtiyatlı, məsuliyyətli davrananinsanlar həmin sobaların təhlükəsizlik məsələlərini həmişə diqqət mərkəzində saxlayırlar.Başqa sözlə demiş olsaq, bu cür sobaların «dilini» tapmağı bacarırlar.

İndi qayıdaq əsasməsələnin üstünə. Yəni Bakıda və digər şəhərlərdə, rayonlarda, yaşayış sahələrindəqaz sobalarının necə quraşdırılmasına. Bir çoxları deyir ki, İran sobaları çox təhlükəlidir.Bu nə dərəcədə doğrudur, ya doğru deyil, onu həmin sobalardan istifadə edən insanlardaha yaxşı bilirlər. Bir də görürsən ki, hansısa inhisarçı ölkəmizə külli miqdardaqaz sobaları gətizdirdi və onun da bir göz qırpımında televiziya kanallarında fasiləsiz reklamına başlandı.Guya həmin məhsullar brenddir və onun tayı-bərabəriyoxdur. Bu məhsullar reklam olunanda əvvəllər gətirilmiş qaz sobaları gözdən salınırvə hətta bildirilir ki, bunlar həyat üçün çox təhlükəlidir.

Bax,bununla razılaşmayan çoxlu sayda insanlar var. Mənim yaxın dostlarımdan biri deyir ki, düz 15 ildirmənzilimdə qazla işləyən İran sobası quraşdırmışam. İndiyə qədər bu sobanın heçbir problemi yaranmayıb. Sadəcə olaraq məhsul haranın olmasından asılı olmayaraq,onu düzgün quraşdırmaq lazımdır. Bizim də sobanı mütəxəssis o qədər dəqiq və yaxşıquraşdırıb ki, bu 15 ildə heç bir çətinlik yaşamamışıq. Çətinlik çəkənlər bir məsələniunudurlar: onlar sobanın texniki hissəsinə müdaxilə edir, ordakı avadanlığı çıxarırvə guya bu yaxşı işləyəcək. Təbii ki, qaz sobasına da müdaxilə edəndə istər-istəməzmüəyyən problemlər yaşanır.

Dəm qazından boğulmanın bir neçə səbəbləri var. Onun əsas iki səbəbini oxucuların diqqətinə çatdırırq:birinci səbəb tüstü-bacaların vaxtında təmizlənməməsidirsə,ikinci səbəb qaz sobalarının düzgün quraşdırılmamasıdır. Bax, bu iki səbəb həminvaxt istər-istəməz özünü göstərir. Və təsadüfi deyil ki, hər il ölkəmizdə dəm qazındandünyasını dəyişən insanların sayı onlarladır. Sanki bu dəm qazı insanlara meydanoxuyur.

Düzdür, bir çox təhlükəsizliktədbirləri görmək üçün payız və qış mövsümündə Fövqəladə Hallar Nazirliyi əhalinimaarifləndirir. Aydındır ki, bu təbliğatdan nəticə çıxaranlar da var, onu qulaqardınavuranlar da. Məsələn, nəticə çıxaranlar mövsümqabağıbir daha tüstü bacalarını təmizlətdirir, qaz sobaların texniki qüsurlarını aradanqaldırır. Nəticə çıxarmayanlar isə yastığıbaşının altına qoyub yatırlar. Elə yatırlar ki, bəzən heç yuxudan oyanmırlar. Yənievə dolan dəm qazı onları boğur və nəticədə o insanlar həyatla vidalaşmalı olurlar.


Xüsusən dəm qazındanBakı şəhrində boğulanların sayı daha çoxdur. Bu da bayaq dediyimiz səbəblərlə bağlıdır.Bəs indi necə etmək lazımdır ki, ölkəmizdə dəm qazından boğulanların sayı azalsın,yaxud onun qarşısı tamamilə alınsın. Səmimi demiş olsaq, bu cür boğulmaların qarşısınıtamamilə almaq o qədər də asan deyil. İndi biz ona çalışmalıyıq ki, mövcud problemlərinecə aradan qaldırmaq mümkündür.

İlk növbədə qarşıdaduran əsas vəzifə tüstü-bacaların təmizlənməsidir. Sovet dönəmində bu işi Mənzilİstismar İdarələri icra edirdi. Artıq mənzil istismar sahələri ölü bir vəziyyətəgətirilib və can üstündədir. 30-40 ilin binaları isə son 20 ildə bir dəfə də olusuntüstü bacaları təmizlənməyib.

Məsələn, Yeni Günəşliyaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binada tüstü-bacalarda 20 ildən çoxdurki, təmizlənmə işləri aparılmayıb. Mənzil Kooperativ Təşkilatının sədri Mənsim Məmmədov çox bacarıqlı və işgüzar bir insandır. Amma bununlaməsəldə həll olunmur. Çünki özəl qurumlar bir tüstü-bacanın təimzlənməsinə20-30 manat pul istəyir. Və 13 nömrəli binada da 16 tüstü- baca var. Bunun da təmizlənməqiyməti 360 manat yaxın pul eləyir.İndi yazıq sədr bu pulu hardan tapıb versin?Mənzil sahibləridə deyir, onların biri də irəli durub 5 manat pul vermir. Belə olan halda isə tüstü-bacalar təimzlənməmişqalır.

YeniGünəşlidə əksər binaların tüstü-bacaları uzun illərdir təmizlənmir. Çox nadir binatapılar ki, o binada yaşayanlar pul yığırlar və tüstü-bacaları vaxtında qaydayasalırlar. İndi bu məsələlərlə özəlqurumlar məşğuldur. Özəl quruma da pul verməsən heç kəs gəlib sənin binanda tüstü-bacanıtəmizləməyəcək. Düzdür, indi «JEK»-lər oyundankənar vəziyyətə düşəndən sonra bu işlə özəlqurumlar maraqlanır. Onların da bayaq dediyimiz kimi, dünya vecinə deyil. Yəni lorudildə demiş olsaq, «Araz aşığından, Kür də topuğundandır». Ona görə də bizim fikrimizcə,özəl qurumlarla yanaşı, bu məsələlərlə məşğul olan bir dövlət təşkilatı da yaradılmalıdır.Heç olmasa həmin dövlət təşkilatı cüzi bir məbləğlə gəlib mənzillərin tüstü-bacasınıtəmizləsə dünya dağılmaz ki?!

Hər halda, biz mövcudproblemlə bağlı fikir və təkliflərimizi səsləndiririk. Çünki hər il payız və qışmövsümlərində tüstü-bacaların və qaz sobalarının düzgün işləməməsi nəticəsində bayaqdediyimiz kimi, ölkəmizdə onlarla insan dəm qazından boğularaq dünyalarını dəyişirlər.Kim bilir, bu il nə qədər insanın, şər deməsən xeyir gəlməz, dəm qazından boğulmaqehtimalı var. Özü də heç kim deyə bilməz ki, o dəm qazından boğulacaq adam mənim,sənin və bizim hamımızın yaxın qozumu olmayacaq.

Ona görə də «Ədalət»qəzeti olaraq biz həyəcan təbili çalır, insanları bu ölüm kabusundan xilas etməyəçağırırıq. Ən azından ona görə ki, bir nəfərin xilas edilməsi o ailənin xoşbəxtliyideməkdir. Bir nəfərin dünyasını dəyişməsi isə hər hansı ailənin göz yaşı, kədəri,qəmidir. Gəlin, bu payız və qış mövsümü kimlərinsə göz yaşı tökməyinə və qəlblərinəkədər çökməyinə imkan verməyəyin!..


Faiq QİSMƏTOĞLU