adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 May 2018 12:24
14736
DÜNYA

Türkiyəyə satmaq istədikləri sistem belə vuruldu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanı bombalayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, qırıcılar Suriyadakı İrana məxsus onlarla obyekti və Hava Hücumundan Müdafiə batareyasını vurub.

Hava zərbələri Dəməşqin şimalında yerləşən İran hərbi düşərgəsinə və hava limanındakı silah anbarlarına endirilib.

İsrail tərəfi hücumların gecə Suriya tərəfindən atılan raket zərbələrinə cavab olduğunu bildirib.