Türkiyəyə PUA kameralarını satmaqdan itmina edən Kanada şirkəti müflis oldu

Vətən Müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi üçün Türkiyəyə embarqo tətbiq edən Kanadanın "Telemus Systems Inc." şirkəti müflis olub.
Bu barədə Trend audit, vergi və tərcümə xidmətləri göstərən KPMG-nin hesabatına istinadən bildirib.
Qeyd edək ki, "Telemus Systems Inc." şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib və onun əsas müştəriləri Türkiyə müəssisələri olub. Kanada hökuməti həmin ilin oktyabrında Türkiyəyə Vətən Müharibəsində Azərbaycana dəstəyinə görə silah embarqosu qoyub. Bundan sonra "Telemus Systems Inc." şirkəti məhsullarını satarkən problemlərlə üzləşməyə başlayıb.
2020-ci ildə "Telemus Systems Inc." şirkətinə 360 min dollar, bu il iyulun 31-də isə 1,1 milyon dollar məbləğində ziyan dəyib. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.
Digər Xəbərlər

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”

Əsəd məsələsi ilə bağlı məlumat verə biləcəyimiz heç nə yoxdur

"İlham Əliyev bütün Qafqazın şərəfini qorudu" - Saakaşvili

Volodin Qərb liderlərini təhqir etdi

“ABŞ Pakistanı Çinin təsirindən çıxarmaq istəyir” – Politoloq

Türkiyədə inanılmaz sərvət tapıldı - Ərdoğan elan etdi
