Türkiyənin ordu rəhbərliyi İlham Əliyevin qəbulunda – Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilər nəticəsində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Türkiyə Prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür. Dövlətimizin başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakından məmnunluğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və müdafiə naziri Nurettin Canikli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdılar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə naziri Azərbaycanda keçirilən prezident seçkilərində dövlətimizin başçısını qazandığı qələbə münasibətilə təbrik etdilər və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirak etmələrindən şərəf hissi duyduqlarını bildirdilər.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19