"Türkiyənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
Türkiyə qlobal güc mənbəyinə çevrilmə yolunda inamlı addımlarını davam etdirir.
Adalet.az xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikanın banisi və ilk Prezidenti, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Ankaradakı “Anıtkabır” mavzoleyində Qonaqların Şərəf Kitabına yazdığı qeyddə yer alıb.
Türkiyə lideri vurğulayıb ki, ölkənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiq qalmaqda davam edir. “Ölkəmizin hər bir guşəsində yeni layihə və proqramlar həyata keçirilir”, – deyə Prezident Ərdoğan yazıb.
Mustafa Kamal Atatürkün və onun silahdaşlarının xatirəsi Ankaradakı mavzoleydə qardaş ölkənin dövlət rəsmiləri, müxtəlif siyasi qüvvələrin nümayəndələri, hərbçilər və ictimaiyyət tərəfindən ehtiramla yad olunur.
Saat 09:05-də (Atatürkün İstanbuldakı “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

