adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2017 19:09
7808
SİYASƏT

“Türkiyəni İordaniyaya dəyişə bilərik” – Merkel

İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik.

Adalet.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - Merkel vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri alman deputatları "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməyib.