Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazini müayinə edib - FOTOLAR
"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.
Adalet.az xəbər verir ki, ağır yaralı olan qazilərimizin bundan sonra da müalicə və əməliyyatları türkiyəli və yerli həkimlərin birgə rəyi əsasında davam etdiriləcək.
Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.
Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar.
Digər Xəbərlər
01 May 2024 12:18
COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Aprel 2024 15:08