Türkiyədən TANAP-a tam dəstək
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir və Ankara belə mühüm layihəni reallaşdırmaqdan imtina etməyəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara və Bakı bu layihənin reallaşdırılması üçün çox səy göstərir.
Nazir qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi üçün heç bir maneə yoxdur.
Dünən Çavuşoğlu Aşqabadda bəyan edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP layihəsinin reallaşdırılmasında iştirak etməyə çağırıb.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
Digər Xəbərlər
03 May 2024 16:47
XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19