adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2016 11:05
5432
DÜNYA

Türkiyədən PKK-ya ağır zərbə

Türkiyə Hərbi Hava Qüvvələri İraqda PKK terror təşkilatının mövqelərinə növbəti dəfə zərbələr endirib.

Adalet.az-ın "Habertürk" qəzetinə istinadən verdiyi məlumata gör, bombardıman nəticəsində Çukurcada 12, Avaşin Basyanda isə 6 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" antiterror əməliyyatının 59-cu günündə Suriyada terrorçu "PYD" və "YPG"nin və terrorçu İŞİD qruplaşmasının hədəflərinə də 46 zərbə endirib. Nəticədə İŞİD-in 40, PKK-çıların isə 6 hədəfi məhv edilib.