adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Avqust 2016 21:38
6904
DÜNYA

Türkiyədə XİN-in 90 əməkdaşı vəzifəsindən azad edilib

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədə şübhəli bilinən 89 nəfər Xarici İşlər Nazirliyindən  uzaqlaşdırılıb, 332 əməkdaşın vəzifəsinin icrası isə müvəqqəti dayandırılıb.  

 

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.   

 

"Çevriliş cəhdindən sonra 89 nəfər XİN-də vəzifəsindən azad olunub, 332 nəfər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və ya xaricdən geri çağırılıb. Geri çağırılanlardan 31-i Türkiyəyə qayıtmayıb”, - deyə nazir qeyd edib.