Türkiyədə vətəndaşlara xəbərdarlıq: “Evdən çıxmayın”

Türkiyənin demək olar ki, bütün ərazisində güclü qar həyatı iflic edib.
Hidrometeorologiya İdarəsi qarın gələn həftə də yağacağı barədə məlumat yayıb.
Bingöl, Bolu, Mardin, Sakarya, Artvin və Düzcedə qar səbəbindən 1 130 kəndlə əlaqə kəsilib.
Sinopda valiliyin vətəndaşlara xəbərdarlığı diqqət çəkib. Güclü qar səbəbilə vilayət, rayon və kəndlərdə vətəndaşlardan evdən çıxmamaları istənilib.
“Xahiş edirik, diqqətli olun. Şəhərimizə, vilayət, rayon və kəndlərimizə təsir edən güclü qar yağması səbəbi ilə təhlükəsizliklə bağlı fövqəladə hallar istisna olmaqla, vətəndaşlarımızdan zərurət olmadıqca küçəyə çıxmamalarını şiddətlə xahiş edirik”.(oxu.az)
Digər Xəbərlər

Kadırov qızının siyasətdən getməsindən danışdı

Rusiyada xarici casus TUTULDU

NATO-nun "Şərq gözətçisi" əməliyyatı başladı

İsraillə əlaqələri kəsdik, 9 milyard itirdik - Ərdoğan

Tramp: ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar uğurlu keçib

ABŞ İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edib

"NATO Rusiyaya qarşı döyüşür" - Peskov
