Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə hakimiyyətini ölkənin iri şəhərlərində təkrar bələdiyyə seçkiləri keçirməyə çağırıb.
Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D.Bahçeli təkrar bələdiyyə seçkilərinin keçirilməsinin Türkiyə qanunlarına zidd olmadığını bildirib:
"Təkrar seçkilər 31 mart seçkilərindən sonra meydana çıxan mənfi və mübahisəli məqamların aradan qaldırılmasına imkan verəcək".
İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək
Yerli KİV ölkə hakimiyyətinin D.Bahçelinin bu təklifinə baxa biləcəyini istisna etmir.
Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45