Türkiyədə saxta spirtli içki istehsal edən 121 nəfər saxlanıldı
Türkiyədə saxta spirtli içki istehsalçılarına qarşı irimiqyaslı əməliyyat keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul və Antalya mərkəzli əməliyyatlarda 121 şübhəli nəzarətə götürülüb.
"Jandarma qrupları tərəfindən müəyyən edilmiş ünvanlarda keçirilən reydlər zamanı 33 min 554 litr saxta spirtli içki, 29 min 63 litr etil spirti aşkar edilərək götürülüb. Saxta spirt istehsal etmək təkcə cinayət deyil, bu, xalqın sağlamlığını təhdid edən ölümcül tələdir. Bu məhsulları bazara çıxaranlar vətəndaşlarımızın həm həyatını, həm də sağlamlığını heçə sayırlar", - nazir qeyd edib.
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:01


Bakı -°C

