Türkiyədə Rusiyanın "Mir" bank karları istifadə olunur
"Komersant" qəzetinin məlumatına görə, Türkiyə bankları antitusiya sanksiyaları altında olmaq təhlükəsinə rəğmən, Rusiyaya məxsus "Mir" bank kartlarını qəbul etməyə başlayıb.
Adalet.az xəbər verir ki, hazırda Türkiyənin iki bankı - "Mir" ödəniş sistemi ilə müqavilə bağlayan "Denuzbank" və "Vaqifbank" rəsmi elan etməsələr də, bu kart vasitəsilə ödənişlər edirlər. Hüquqşünasların fikirincə, bu banklar ABŞ -ın sanksiyaları ilə üzləşmək riski altındadırlar. "Mir" ödəniş sistemi ilə Türkiyənin beş bankı əməkdaşlıq edir, "Türkiye İş Bankası", Ziraat Bankası, VaqifBank", DenizBank və "HalkBank". "Mir" bank kartlarını həçinin Vyetnam, Ermənistan, Özbəkistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziya bankları da qəbul edir. Lakin ilk dəfə olaraq sanksiyalar altına düşmək təhlükəsi olan Türkiyənin iki bankı özünü risk altına atıb.
Buna görə Türk bankları vasitəsi ilə dollar mübadiləsi aparalarsa, həmin banklar problemlərlə üzləşə bilər. Bunun üçün türk bankları dollarla mübadiləyə ciddi nəzarət etməlidirlər. Hələlik rus kartları ilə Türk banklarından yalnız türk lirəsi ilə mübadilə aparılır. Bu da Ərdoğana, Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı razılaşdıqları kimi, Rusiyadan aldıqları qaza görə rus rublu ilə ödəniş etmək imkanları yaradır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
31 Mart 2026 22:00
247 ilin ən isti martını yaşadılar
31 Mart 2026 21:54
Fidan və Umerov arasında Ankarada görüş oldu
31 Mart 2026 21:50
Netanyahunun oğlunu deportasiya edib, müharibəyə göndərməyi tələb etdilər
31 Mart 2026 21:42
Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib - Tramp
31 Mart 2026 21:12
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq
31 Mart 2026 21:00
Fransa Trampın ittihamlarına cavab verdi
31 Mart 2026 20:21
Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
31 Mart 2026 20:12


Bakı -°C

