Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
Türkiyənin Malatya şəhərində nişan mərasimində iştirak edən 110-dan çox şəxs dəm qazından zəhərlənib.
Bu barədə Adalet.az "Haber Global"a istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə Battalgazi rayonunun Orduzu məhəlləsindəki toy salonunda baş verib. Məlumata görə, qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə gələn tibb işçiləri qonaqların dəm qazından zəhərləndiyini müəyyən ediblər.
Malatya valisi Seddar Yavuz sosial media hesabında hadisə ilə bağlı açıqlama yayıb: "Battalqazi rayonundakı toy salonunda baş verən dəm qazı zəhərlənməsi nəticəsində 113 vətəndaşımız müalicə üçün səhiyyə müəssisələrimizə aparılıb. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bu saata qədər bəzi xəstələr evə buraxılmağa başlayıb. Hadisəyə səbəb olan günahkarlar barədə araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram".
Digər Xəbərlər
23 Noyabr 2026 00:00
Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026 23:15
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
22 Noyabr 2026 22:23
Hörmüzdə tankerlər minaya düşərək partladı
22 Noyabr 2026 19:00
"İsrail Suriyaya hücum edə bilər"
22 Noyabr 2026 18:54
Avropa İttifaqı gələn il miqrant axınında rekord gözləyir
22 Noyabr 2026 18:51
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
22 Noyabr 2026 18:36
“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp
22 Noyabr 2026 18:25


Bakı -°C

