Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi
Əskişəhərdə (Türkiyə) Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.
Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarınınxatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal marşı və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə davam edib.
Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.
Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plakatların təqdimatından sonra prospektin açılışını bildirən qırmızı lent kəsilib.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32