“Türkiyədə həbsdə olan alman vətəndaşları üçün narahatıq” - Merkel
"Türkiyədə həbsdə olan alman vətəndaşları üçün narahatıq.”
Adalet.az xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən bir neçə saat əvvəl deyib.
O bildirib ki, Türkiyədə insan haqları lazımi səviyyədə qorunmur:"Biz 2016-cı ildə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həbs olunan alman vətəndaşlarının saxlanma şəraitindən narahatıq. Onlar həbs edilən almanları "terrorist təşkilatları"nın siyahısına salmaq istəyirlər. Bu gün keçiriləcək görüşdə mən Ərdoğanla bu məsələni müzakirə edəcəyəm. Almaniya ilə Türkiyə arasında baş verən gərginliyin əsas səbəbi də məhz budur. Lakin bunlara baxmayaraq biz yenə də Türkiyə ilə iqtisadi mövzuda tərəfdaşlıq etməyə məcburuq”.
Merkel həmçinin görüşdən dərhal sonra Türkiyəyə investisiya qoyuluşunun mümkün olmadığını da dilə gətirib.
Məlumat üçün qeyd edək ki, Ərdoğan Almaniyada 3 günlük rəsmi səfərdədir. O, bu müddət ərzində 3 dəfə Merkellə görüşəcək.(BakuPost)
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45