Türkiyədə FETÖ-yə qarşı əməliyyat - Hərbçilər saxlanıldı
Ankara Respublika Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) Quru Qoşunları Komandanlığı tərkibindəki gizli strukturu ilə bağlı aparılan istintaqda 22 şübhəli barəsində həbs qərarı çıxarıb.
Adalet.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.
Bildirilir ki, Quru Qoşunları Komandanlığına sızan FETÖ-nün sözdə “məxfi xidmətlər” strukturu ilə əlaqəsi olduğu təsbit edilən şəxslərlə bağlı istintaqa başlayıb. Şübhəlilərin Ankarada köşk, ərzaq mağazası və market kimi iş yerlərində yerləşən qabaqcadan ödənişli stasionar telefonlardan istifadə edərək təşkilatın “gizli imamları” adlandırılan şəxslərlə əlaqə saxladıqları müəyyən edilib. Bu çərçivədə Respublika Baş Prokurorluğu tərəfindən 8-i həqiqi hərbi xidmət hərbi qulluqçusu, 6-sı istefada olan hərbçi, 4-ü əvvəllər vəzifəsindən azad edilmiş hərbçi, 3-ü həqiqi dövlət qulluqçusu, 1-i özəl sektor işçisi olmaqla, 22 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Ankara Polis İdarəsi qrupları, mərkəzi Ankara olan 9 vilayətdə eyni vaxtda şübhəlilərin saxlanılması prosesini davam etdirir.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

