adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Yanvar 2015 11:04
2907
DÜNYA

Türkiyədə Facebook-a giriş qismən məhdudlaşdırılacaq

Ankara məhkəməsinin qərarı ilə Türkiyədə Facebook sosial şəbəkəsinə giriş qismən məhdudlaşdırılacaq. Bu barədə Adalet.az "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyədə həmin sosial şəbəkənin İslama nifrəti təbliğ edən və İslamın dəyərlərini təhqir edən bəzi akkauntlarından istifadə də məhdudlaşdırılacaq.

Yanvarın 14-də məlumat verilmişdi ki, Türkiyədə bir sıra sosial şəbəkələrə, o cümlədən "Twitter" və "Facebook"a girişin qadağan edilməsi gözlənilir.

Bu, ötən il Adanada Türkiyə kəşfiyyatının (MİT) yük maşınlarının saxlanılması haqqında bir sıra materialların internetdə yayılması ilə əlaqədardır.

Trend