Türkiyədə əməliyyat: Azərbaycan polisindən də məlumat alınıb
Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X"də yazıb.
O qeyd edib ki, bu gün səhər saatlarında ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayət təşkilatlarının yüksək səviyyəli üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib:
"Orkinos Bulut-2" adlı əməliyyat ölkə hüdudları daxilində İstanbul mərkəzli olmaqla Adana, Ağrı, Aksaray, Ankara, Artvin, Bingöl, Bursa, Diyarbakır, Erzurum, Hakkari, İstanbul, Kars, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Tekirdağ, Tokat və Van daxil olmaqla ümumilikdə 22 şəhərdə icra olunub. Əməliyyat öncəsi Niderland, İran, Estoniya, Sloveniya, Azərbaycan, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstan polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb".
Nazir bu əməliyyat çərçivəsində hədəflərində 5 ayrı beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatı olduğunu vurğulayıb:
"Bu təşkilatların "Cinayət törətmək məqsədilə dəstə yaratmaq, narkotik vasitələrin alqı-satqısı, cinayətdən əldə edilən gəlirlərin leqallaşdırılması" kimi əməlləri törətdikləri müəyyən edilib. Bundan əlavə, şübhəlilərin ölkəmizdə və xaricdə ələ keçirilən 18 ton 129 kiloqram narkotik/psixotrop maddə və 1 milyon 290 min ədəd həb ilə bağlı olduqları müəyyənləşib. Əməliyyatımız nəticəsində ümumilikdə 138 mütəşəkkil cinayət təşkilatı üzvü saxlanılıb. Bu beynəlxalq mütəşəkkil cinayət şəbəkələrinin indiyədək müəyyən edilmiş 647 daşınmaz əmlak, 186 avtomobil, 1 holdinq, 113 şirkət, 1 quru yük gəmisi və şübhəlilərin bank hesabları daxil olmaqla təxminən 15 milyard lirə dəyərində əmlakına həbs qoyulub".
Digər Xəbərlər
02 Mart 2026 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlandı
28 Fevral 2026 15:21
Qaradağda 66 kiloqramdan çox narkotik dövriyyədən ÇIXARILDI
28 Fevral 2026 11:23
Biləsuvarda 2 nəfər narkotiklə tutuldu
28 Fevral 2026 10:46
“WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO
28 Fevral 2026 10:10
Axtarışda olan 145 nəfər saxlanıldı
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40


Bakı -°C

