adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2019 11:17
34315
DÜNYA

Türkiyədə edam cəzası qüvvəyə minə bilər - Ərdoğan danışdı

Adalet.az xəbər verir ki, Moskva ziyarətindəndöndükdən sonra jurnalistlərə danışan Ərdoğan son hadisələrlə və atılacaq addımlarla bağlı bunlarıdeyib:



- Ədliyyə nazirinə dedim, hüquqi müstəvidə nə etməklazımdırsa, əvvəlcə onu edəcəksiniz. Açıq danışacağam, təbii ki partiyamdakıinsanlar da daxil, mənim də könlüm edam cəzasını istəyir. Bir qadınıbıçaqlayaraq öldürürsən, həm də qızının gözləri önündə. O övlad da "ana, ölmə”deyir. Qadın qan içində. Ondan sonra bəziləri çıxır və insan haqqlarından dəmvurur. "Bunu necə istəyə bilirsiniz? Bu, Avropada yoxdur” deyirlər Avropadayoxdursa, olmazmı? Avropada bu yox deyə biz doğru yoldan, haqdan azacağıq?ABŞ-ın müxtəlif əyalətlərində var. Dünyanın müxtəlif ölkələrində də var. Deməkki, ola bilər. Can bu qədər bəsitdirmi? "Əfəndim, insan haqları bunu qəbuleləməz” deyirlər. Qəbul eləməsin. Parlamentdə müzakirə olunsun, qərar versə,mən də təsdiqləyəcəm. Vicdanımın səsinə də inanıram.