Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkarlayıblar
Türkiyənin Antalya vilayətində yerləşən qədim Perge şəhərinin ərazisində arxeoloqlar Ellinistik dövrünə aid 1700 il yaşı olan qadının heykəli tapdılar.
Adalet.az-ın məlumatına görə, iki hissədən ibarət olan bu tapıntı: bədən və qırılmış baş, 2020-ci ildə Pergedə tapılmış ilk heykəldir. Qazıntılara İstanbul Universitetinin arxeologiya professoru Sedef Kokay Kepçe rəhbərlik edir.
Eramızın 3-cü əsrinə aid heykəlin bərpa işləri başa çatdıqdan sonra, onun Antalya Arxeoloji Muzeyinə yerləşdiriləcəyi gözlənilir.
Qədim şəhərdəki qazıntılar 1946-cı ildə İstanbul Universitetinin alimləri tərəfindən başlanıb və hələ də davam edir. 2009-cu ildə Antalyadan 18 kilometr aralıda yerləşən Perge YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Digər Xəbərlər
28 Aprel 2024 10:08
Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45