adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 May 2018 13:06
11670
SİYASƏT

Türkiyədə 4 partiya Ərdoğana qarşı birləşdi

Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya (İP), Səadət Partiyası (SP), Demokrat Partiyası (DP) birlikdə qatılacaq.

Adalet.az xəbər verir ki, bununla bağlı partiya sədrlərinin razılaşma protokolu sabah saat 17:00-də açıqlanacaq.

Məlumata görə, 4 partiyanın ittifaqının adı "Millət” və ya "Demokratiya” olacaq. Adla bağlı son qərarı partiya liderləri verəcək.

4 partiyanın ittifaqı növbədənkənar parlament seçkiləri üçün nəzərdə tutulub. Partiyalar prezident seçkilərinə isə öz namizədləri ilə qatılacaqlar.

Qeyd edək ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək.(azvision.az)