Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyənin şərqində yerləşən Ağrı vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə terrora qarşı mübarizə idarəsi və xüsusi xidmət orqanlarının dəstəyi ilə Ağrı vilayətində aparılan əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Evlərdən birinə axtarış aparmaq üçün daxil olan polisə PKK üzvləri silahlı müqavimət göstəriblər. Nəticədə terrorçular məhv edilib.