adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Dekabr 2018 14:44
12143
DÜNYA

TÜRKİYƏ VƏ ABŞ-da FETÖ-çuların HƏBSİNƏ BAŞLANILDI

ABŞ-ın Federal Təhqiqat Bürosu artıq Fətullah Gülən təşkilatının üzvlərininhəbsinə başlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

RİA-Novostinin yaydığı xəbərlərəgörə, Çavuşoğlu ABŞ-ın 15 ştatında FTB-nin həbslərə başladığını bildirib.Xatırladırıq ki, Buenos-Ayresdə G-20-lərin görüşündə ABŞ prezidenti Donald TrampTürkiyə prezidenti Tayib Ərdoğanla danışıqlarında Fətullah Gülənin ekstradisiyasıilə bağlı işlər aparıldığını bildirmişdi.

Noyabr ayının ortalarındaGülən təşkilatı fondunun başçısı Saleh Gözər cinsi təcavüzə cəhddə günahlandırılaraq həbs edilmiş və artıq Türkiyə tərəfinə təhvil verilib. Bu barədə qərarı isə işə baxan Amerika məhkəməsiverib və eyni zamanda bunun ardınca Gülənin də Türkiyəyə deportasiyası mümkündü.

NBC telekanalınınyüksək rütbəli mənbələrə istinadən yaydığıməlumata görə ABŞ tərəfi bu addımıatmaqla səudiyyəli jurnalist CamalKaşıkçının ölümü ilə bağlı Türkiyə tərəfinintələblərini yumşaldacağına ümid edir.Ümumiyyətlə, FETÖ işi ilə bağlı 452 nəfərin Türkiyəyə verilməsi tələb olunur.

Eyni zamanda Türkiyətərəfi də FETÖ-ya bağlı hərbçilərin həbsinidavam etdirir. NTV telekanalının yaydığıməlumata görə, Türkiyə hökuməti FETÖterror təşkilatına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı 118 hərbçi həbsedilib. 14 dekabrda İstanbul məhkəməsi 85-i zabit olmaqla 216 hərbçinin həbsiilə bağlı qərar qəbul edib. Məhkəmə saxlanılanhərbçilərdən 160-nın işinə baxıb və onlardan 118 nəfəri barədə həbs qərarı qəbul edib. Bu hərbçilər məlumdövlət çevrilişində iştirak etməkdə günahlandırılır.

MEHRİBAN