adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2020 15:54
12238
DÜNYA

Türkiyə Suriya ordusunun daha bir təyyarəsini vurdu

Türkiyə Silahlı Qüvvələri Suriya ordusuna məxsus daha bir döyüş təyyarəsini məhv edib.

Bu barədə "Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Uğurla davam edən "Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya ordusuna məxsus L-39 tipli döyüş təyyarəsi vurulub”, - Türkiyə MN-dən bildirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri iki gün əvvəl də Suriya ordusuna məxsus iki ədəd Su-24 döyüş təyyarəsini vurub.