Türkiyə sərhədini pozan PUA vuruldu
Suriya ərazisindən qalxaraq Türkiyənin hava sərhədini altı dəfə pozan pilotsuz uçuş aparatı (PUA) vurulub.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimə məxsus olduğu bilinməyən PUA İncirlikdən qalxan "F-16” qırıcısı tərəfindən zərərsizləşdirilib.
Aparat vurulandan sonra Çıldıroba ərazisinə düşüb. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:44