adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2020 14:23
15168
SİYASƏT

Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Adalet.az-a verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.