Türkiyə Qəzzada sülhə nəzarət edəcək
Türkiyə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcək beynəlxalq işçi qrupuna qoşulacaq.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, Ankara anklavın bərpası işlərində iştirak edəcək.
Reuters agentliyinin məlumatına görə, işçi qrupa Türkiyə ilə yanaşı ABŞ, Qətər, Misir və İsrail də daxildir. Türkiyə nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın 20 maddəlik sülh planı əsasında aparılan İsrail–HƏMAS danışıqlarında da iştirak edib.
Məlumata əsasən, Türkiyə ayrıca bir qrupun formalaşmasında da yer alacaq. Həmin qrup Qəzzada həlak olmuş israilli girovların cəsədlərinin tapılması və qaytarılması üzərində çalışacaq.
Eyni zamanda Avropa ölkələri də Qəzzaya mümkün sülhməramlı qüvvələrin göndərilməsini müzakirə edir. “Sky News” telekanalının məlumatına görə, Fransanın paytaxtında cümə axşamı bir sıra Avropa dövlətlərinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və Qəzzada müharibədən sonrakı vəziyyətin sabitləşdirilməsi yolları müzakirə olunacaq.
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs rejimi 9 oktyabrda qüvvəyə minib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmanın birinci mərhələsi bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

