adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Oktyabr 2018 17:11
11734
DÜNYA

Türkiyə PKK-nın mövqelərini bombalayıb

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalında yerləşən mövqelərinə zərbələr endirib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, hava zərbələri nəticəsində 4 PKK terrorçusu məhv edilib. Əməliyyatlar davam edir.