adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Mart 2018 16:07
9890
DÜNYA

Türkiyə ordusu Afrini mühasirəyə aldı

Suriyanın Afrin şəhərinin mərkəzi mühasirəyə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Afrində strateji əhəmiyyətli bölgələr Türkiyə ordusunun nəzarətinə keçib.

Bildirilib ki,Türkiyə ordusu şəhər mərkəzində əməliyyat keçirməyə hazırlaşır. Şəhəri tərk etmək istəyən dinc əhali üçün cənubda təhlükəsiz dəhliz yaradılıb.